Makron Moskvanın vasitəçi olmasını istəmir | VİDEO

   Makron Moskvanın vasitəçi olmasını istəmir    | VİDEO
  16 İyun 2025    Oxunub:784
Rusiya İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməz.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı Donald Trampın Rusiya lideri Vladimir Putinin münaqişə tərəfləri arasında vasitəçilik edə biləcəyi barədə fikirlərini şərh edərkən belə deyib.

“İndi yüksək intensivlikli münaqişəyə cəlb olunmuş və bir neçə ildir BMT Nizamnaməsinə əməl etməyən Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram”, - Emmanuel Makron vurğulayıb.

O, həmçinin bildirib ki, Fransa İranın “cavab tədbirləri” görəcəyi təqdirdə İsrailin “müdafiə əməliyyatlarında” iştirak edəcək.

Bir gün əvvəl İran prezidenti Məsud Pezeşkianla telefon danışığında Emmanuel Makron həmsöhbətini danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb. Fransa prezidenti “vəziyyəti sakitləşdirməyə” imkan verəcək sazişin bağlanması üçün öz töhfəsini verməyə və hər şeyi etməyə hazır olduğunu bildirib.

Əslində antisemitizmin hazırda tüğyan etdiyi Fransanın prezidenti Emmanuel Makronun İran-İsrail qarşıdurmasında Rusiyanın vasitəçilik missiyasına qarşı çıxması çox təəəcüblü səslənir. Son vaxtlara qədər Makronun Təl-Əvivin və şəxsən İsrailin baş naziri Binyamin Netanyahunun xarici siyasət kursunu sərt şəkildə tənqid etməsi fonunda bu xüsusilə absurd təsir bağışlayır.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: makron   Rusiya   əleyhinə  



Xəbər lenti